Surə 33 · Cüz 22

Al-Ahzab · 33:32

يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا

32. Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın.

Təfsir

Ey Muhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələ­ri! Siz fəzilət və şərəf baxımından başqa qadınlar kimi deyilsiniz. Əksinə, siz fəzilət və şərəf xüsusunda elə bir mərtəbəyə yüksəlmisiniz ki, sizdən başqası o mərtəbəyə yüksələ bilməz. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-nazla­na danışmayın, yoxsa buna görə qəl­bində nifaq xəstəliyi və haram buyurulan şəhvətə meyli olan kəs tamaha düşər. Şübhə doğurmayan sözlər danışın və bacardığınız qədər zarafatı kənara qoyub ciddi olun.

Oxuyucuda aç - Surəni tam oxu