Surə 33 · Cüz 22
Al-Ahzab · 33:55
لَا جُنَاحَ عَلَيْهِنَّ فِي آبَائِهِنَّ وَلَا أَبْنَائِهِنَّ وَلَا إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ أَخَوَاتِهِنَّ وَلَا نِسَائِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَانُهُنَّ ۗ وَاتَّقِينَ اللَّهَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
55. Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, müsəlman qadınların, sahib olduqları kənizləri yanında hicab geyməmələrində heç bir günah yoxdur. Ey qadınlar, Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Təfsir
Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, doğma və ya süd bacılarının oğulları, mömin qadınların, sahib olduqları kənizlərin yanında hicab geymədən onlarla danımalarında heç bir günah yoxdur. Ey mömin qadınlar, sizə yaxşı işləri əmr edən və pis işləri qadağan edən pak və müqəddəs Allahdan qorxun! Allah sizin aşkara çıxardığınız və etdiyiniz hər şeyə şahiddir.