Surə 33 · Cüz 21

Al-Ahzab · 33:4

مَا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِنْ قَلْبَيْنِ فِي جَوْفِهِ ۚ وَمَا جَعَلَ أَزْوَاجَكُمُ اللَّائِي تُظَاهِرُونَ مِنْهُنَّ أُمَّهَاتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَاءَكُمْ أَبْنَاءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُمْ بِأَفْوَاهِكُمْ ۖ وَاللَّهُ يَقُولُ الْحَقَّ وَهُوَ يَهْدِي السَّبِيلَ

4. Allah bir adamın daxilin­də iki ürək yaratmamışdır. Allah ana­ya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi ana­ları­nız et­mə­miş, oğulluğa gö­tür­dük­lə­ri­nizi də oğullarınız etmə­mişdir. Bun­lar si­zin dili­ni­zə gə­tirdi­yiniz yalan söz­lər­dir. Allah isə haqqı de­yir və doğ­ru yola yönəl­dir.

Təfsir

Allah bir insanın sinəsin­də iki qəlb yaratmadığı kimi, anaya bənzədərək özünüzə ha­ram etdiyiniz zövcələrinizi də ana­ları­nız etmə­miş, habelə, oğulluğa gö­tür­dük­lə­ri­nizi də doğma oğullarınız etməmişdir. Belə ki, zihar - kişinin öz zövcəsini anasına və bacısına bənzədərək özünə ha­ram sayması, oğulluğa götürdüyünü də öz oğlu hesab etməsi, İslam dininin batil saydığı cahiliyyət adətlərindəndir. Bu zihar etmək və oğulluğa götürmək məsələsi, sizin təkrar-təkrar dili­ni­zə gətirdi­yiniz əsassız söz­lər­dir. Belə ki, kişinin nə zövcəsi onun anası, nə də ki oğululluğa götürdüyü uşaq onun oğlu sayıla bilər. Pak və müqəddəs Allah haqqı de­yir ki, qulları onu yerinə yetirsin. Doğ­ru yola yönəl­dən də məhz Odur.

Oxuyucuda aç - Surəni tam oxu