Surə 33 · Cüz 21

Al-Ahzab · 33:13

وَإِذْ قَالَتْ طَائِفَةٌ مِنْهُمْ يَا أَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوا ۚ وَيَسْتَأْذِنُ فَرِيقٌ مِنْهُمُ النَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِيَ بِعَوْرَةٍ ۖ إِنْ يُرِيدُونَ إِلَّا فِرَارًا

13. Onlardan bir dəstə de­miş­di: “Ey Yəsrib əhli! Siz mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Geri qayıdın!” İçərilərin­dən bir qismi isə: “Ev­lərimiz nəzarətsiz qalıb”– deyərək Pey­ğəmbərdən izin istə­yir­di. Hal­buki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq is­tə­yir­di­lər.

Təfsir

Ey Peyğəmbər! Xatırla ki, bir zaman münafiqlərdən bir dəstə Mədinə əhalisinə belə de­miş­di: “Ey Yəsrib əhli! (Bu, Mədinənin İslamdan öncəki adıdır). Siz xəndəyin kənarında mü­qa­vi­mət gös­tərə bil­məyəcəksi­niz. Evlərinizə qayıdın!” İçərilərin­dən bir qismi isə ev­lərinin düşməndən nəzarətsiz qaldığını deyərək öz evlərinə qayıtmaq üçün Pey­ğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istə­yir­di. Hal­buki iddia etdikləri kimi evləri nəzarətsiz deyildi. Onlar bu yalan üzürləri ilə sadəcə olaraq düşməndən qaçmaq istə­yir­di­lər.

Oxuyucuda aç - Surəni tam oxu