Surə 33 · Cüz 22
Al-Ahzab · 33:49
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا
49. Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa – onları yanınızda saxlamağa haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara talaq haqlarını verin və onları gözəl tərzdə sərbəst buraxın.
Təfsir
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Əgər mömin qadınlarla nikah müqaviləsi bağlasanız, sonra da onlarla yaxınlıq etməzdən əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini - istər təmizləmə müddətini, istərsə də üç ayı saymağa haqqınız yoxdur. Bu hökm, o qadınlara yaxınlıq edilmədiyi üçün bətinlərində uşaq olmadığına görədir. Boşanma səbəbi ilə qırılmış könüllərini almaq üçün imkanınız daxilində öz malınızdan onlara verib, sonra da onlara əziyyət vermədən, gözəl bir tərzdə sərbəst buraxın ki, ailələrinin yanına getsinlər.