Surə 33 · Cüz 22

Al-Ahzab · 33:69

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَىٰ فَبَرَّأَهُ اللَّهُ مِمَّا قَالُوا ۚ وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا

69. Ey iman gətirənlər! Mu­sanı in­ci­dən şəxslərə oxşama­yın. Allah onu on­ların dedik­lə­rindən təmizə çıxartdı. O, Alla­hın ya­nın­da çox ehti­ram edi­lən şəxsdir.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Musanın bədənində qüsur olduğunu iddia edərək ona əziyyət verən kimsələr kimi, siz də, öz Peyğəmbərinizə əziyyət verməyin. Allah Musanı onların dediklərindən təmizə çıxartdı və beləliklə, onlara iddia etdikləri qüsurun Musada olmadığı aydın oldu. Musa Allahın yanında çox ehtiram edilən bir şəxs idi. Dilədikləri rədd edilməz, gördüyü işlər də uğursuz olmazdı.

Oxuyucuda aç - Surəni tam oxu