Surə 33 · Cüz 21

Al-Ahzab · 33:15

وَلَقَدْ كَانُوا عَاهَدُوا اللَّهَ مِنْ قَبْلُ لَا يُوَلُّونَ الْأَدْبَارَ ۚ وَكَانَ عَهْدُ اللَّهِ مَسْئُولًا

15. Baxmayaraq ki, onlar bun­dan əv­vəl cihaddan boyun qa­çır­ma­yacaqlarına dair Allaha söz vermişdilər. Onlar Alla­ha ver­dik­lə­ri sözə görə sorğu-sual olu­nacaqlar.

Təfsir

Baxmayaraq ki, bu münafiqlər Uhud günü döyüşdən qaçdıqdan sonra; əğər Allah onları başqa bir döyüşə şahid tutarsa düşmənləri ile döyüşəcəklərinə və onlardan qorxub qaçmayacaqlarına dair Allaha söz vermişdilər, lakin verdikləri sözü pozmuşdular. Hər kəs Allaha ver­diyi əhd-peymana görə cavabdehdir və buna görə sorğu-sual ediləcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu