Surə 33 · Cüz 22
Al-Ahzab · 33:67
وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا
67. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
Təfsir
Onlar zəif və batil dəlil gətirib deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və qövmümüzün böyüklərinə itaət etdik, onlar da bizi düz yoldan sapdırdılar.