Al-Anbiya

سورة الأنبياء

Surə 21 · Məkki · 112 ayə

21:1Cüz 17 · s. 322

اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُعْرِضُونَ1

1. İnsanların hesaba çəkilə­cəkləri gün yaxınlaşdı. Amma onlar hə­lə də qəflət içində iman­dan üz çevirirlər.
21:2Cüz 17 · s. 322

مَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنْ رَبِّهِمْ مُحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ2

2. Onlara öz Rəbbindən is­tənilən bir yeni xəbərdarlıq gəl­dikdə, ona istehza edərək, qu­laq asmazlar –
21:3Cüz 17 · s. 322

لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ3

3. qəlbləri qəflət içində qal­dığı hal­da. Zalımlar öz arala­rında xəl­vətcə pıçıl­da­şıb de­yir­lər: “Məgər bu sizin kimi adi bir insan de­yil­mi? Gözünüz gö­rə-görə sehrəmi inanacaq­sı­nız?”
21:4Cüz 17 · s. 322

قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ4

4. Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bi­lir. O, Eşi­dən­dir, Biləndir!”
21:5Cüz 17 · s. 322

بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ5

5. Onlar dedilər: “Bunlar qar­ma­qarı­şıq yuxulardır! Xeyr, o bu­nu özün­dən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələr kimi bizə də bir möcüzə gətirsin”.
21:6Cüz 17 · s. 322

مَا آمَنَتْ قَبْلَهُمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَ6

6. Onlardan əvvəl məhv et­diyimiz məm­ləkətlərdən heç biri iman gətir­mə­mişdi. İndi bunlarmı iman gətirə­cək­lər?
21:7Cüz 17 · s. 322

وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ7

7. Biz səndən əvvəl də öz­lə­rinə vəhy nazil etdiyimiz an­caq ki­şi­lər gön­dər­miş­dik. Əgər bil­mirsinizsə, Zikr əhlin­dən so­ruşun.
21:8Cüz 17 · s. 322

وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ8

8. Biz onları yemək yemə­yən bir vü­cud etmədik. Onlar əbədi də deyildilər.
21:9Cüz 17 · s. 322

ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنْجَيْنَاهُمْ وَمَنْ نَشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَ9

9. Sonra isə, onlara verdiyi­miz vədi yerinə yetirdik. Biz həm on­ları, həm də istə­diyi­miz kəsləri xilas edib, həddi aşan­ları məhvə uğ­ratdıq.
21:10Cüz 17 · s. 322

لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ10

10. Sizə, sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düş­mürsünüz?
21:11Cüz 17 · s. 323

وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنْشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ11

11. Biz zalım olan neçə-neçə məm­lə­kəti məhv edib, sonra başqa xalqlar ya­ratdıq.
21:12Cüz 17 · s. 323

فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ12

12. Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaç­mağa baş­la­dılar.
21:13Cüz 17 · s. 323

لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ13

13. “Qaçmayın! İçində ol­du­ğunuz xoş güzərana və yurd­ları­nı­za qayı­dın. Ola bilsin ki, soruşulasınız”.
21:14Cüz 17 · s. 323

قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ14

14. Onlar: “Vay halımıza! Biz, doğ­rudan da zalım olmu­şuq”– de­yirdilər.
21:15Cüz 17 · s. 323

فَمَا زَالَتْ تِلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ15

15. Biz onları yanmış küləşə dön­də­rənəcən fəryad qoparır­dılar.
21:16Cüz 17 · s. 323

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ16

16. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün ya­rat­mamışıq.
21:17Cüz 17 · s. 323

لَوْ أَرَدْنَا أَنْ نَتَّخِذَ لَهْوًا لَاتَّخَذْنَاهُ مِنْ لَدُنَّا إِنْ كُنَّا فَاعِلِينَ17

17. Əgər Biz Özümüzə əy­lən­cə dü­zəltmək fikrində ol­say­dıq, onu mütləq Öz yanımızda olanlardan hazırla­yar­dıq. La­kin Biz bu­nu et­mə­dik.
21:18Cüz 17 · s. 323

بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ18

18. Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işi­ni bi­ti­rər. Bir an­da batilin yox olub getdiyini görərsiniz. Alla­ha aid etdiyi­niz sifətlərə görə vay halınıza!
21:19Cüz 17 · s. 323

وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِنْدَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ19

19. Göylərdə və yerdə kim­lər varsa, hamısı Allahındır. Onun ya­nın­da olanlar Ona iba­dət et­məyə təşəxxüs göstərmir və bundan yo­rul­murlar.
21:20Cüz 17 · s. 323

يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ20

20. Onlar gecə-gündüz, usan­madan Onun şəninə təriflər de­yir­lər.
21:21Cüz 17 · s. 323

أَمِ اتَّخَذُوا آلِهَةً مِنَ الْأَرْضِ هُمْ يُنْشِرُونَ21

21. Yoxsa müşriklər özlərinə yerdə ölü­ləri diriltməyə qadir olan tan­rılarmı qə­bul etdilər?
21:22Cüz 17 · s. 323

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ22

22. Əgər göydə və yerdə Allahdan başqa məbudlar ol­saydı, on­la­rın hər iki­si fəsada uğra­yardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid et­dikləri sifətlərdən uzaqdır!
21:23Cüz 17 · s. 323

لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ23

23. Allah gördüyü işlər ba­rə­də soru­şulmaz; onlar isə so­ru­şu­la­caq­lar.
21:24Cüz 17 · s. 323

أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُمْ مُعْرِضُونَ24

24. Məgər müşriklər Ondan başqa mə­bud­laramı tapın­mış­lar? De: “Sübu­tu­nuzu göstə­rin! Budur mənimlə olan­la­rın zikri və mən­dən öncəkilərin zik­ri”. Lakin onların çoxu əsl həqi­qəti bil­mir və ondan üz çevi­rirlər.
21:25Cüz 17 · s. 324

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ25

25. Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək.
21:26Cüz 17 · s. 324

وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُكْرَمُونَ26

26. Kafirlər: “Mərhəmətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəddəsdir! Əksinə, o mələklər möh­tərəm qullardır.
21:27Cüz 17 · s. 324

لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ27

27. Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər.
21:28Cüz 17 · s. 324

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ28

28. Allah onların keçmişini və gələ­cəyini bilir. Onlar yal­nız Onun razı qal­dığı şəxslər­dən ötrü şəfaət diləyir və Onun qor­xu­sun­dan tir-tir əsirlər.
21:29Cüz 17 · s. 324

۞ وَمَنْ يَقُلْ مِنْهُمْ إِنِّي إِلَٰهٌ مِنْ دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ29

29. Onlardan kimsə: “Mən Ondan baş­qa bir məbudam!”– desə, ona Cə­hən­nəmi qismət edərik. Biz zalımları belə cəza­landırırıq.
21:30Cüz 17 · s. 324

أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ30

30. Məgər kafirlər göylərlə yer bir ol­duğu zaman Bizim on­ları bir-birindən araladığı­mı­zı, hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi? Ye­nə­dəmi inan­mır­lar?
21:31Cüz 17 · s. 324

وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ31

31. Yerin onları yırğalama­masından ötrü orada möhkəm dağlar ya­ratdıq. Onlar istədik­lə­ri yerə gedə bilsinlər deyə, ora­da geniş yol­lar saldıq.
21:32Cüz 17 · s. 324

وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ32

32. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə ora­dakı də­lil­lərimizdən üz çevi­rir­lər.
21:33Cüz 17 · s. 324

وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ33

33. Gecəni, gündüzü, günə­şi və ayı yaradan Odur. On­la­rın hər bi­ri öz orbi­tində üzür.
21:34Cüz 17 · s. 324

وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِنْ مِتَّ فَهُمُ الْخَالِدُونَ34

34. Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib et­mə­dik. Mə­gər sən öləcəksən, on­lar həmişəlik qalacaqlar?!
21:35Cüz 17 · s. 324

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ35

35. Hər kəs ölümü dada­caq­. Biz sizi sınamaq üçün şər və xe­yir­lə imta­ha­na çəkirik. Siz ancaq Bizə qaytarılacaq­sı­nız!
21:36Cüz 17 · s. 325

وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَٰنِ هُمْ كَافِرُونَ36

36. Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edə­rək bir-birinə: “Si­zin tanrıları­nıza tənə vuran budur­mu?”– deyirlər. Məhz onlar Mər­hə­mət­li Allahın öyüd-nəsihətini in­kar edirlər.
21:37Cüz 17 · s. 325

خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ37

37. İnsan tələskən yara­dıl­mış­dır. Mən dəlillərimi sizə gös­tə­rə­cə­­yəm. Məni tə­ləsdirməyin.
21:38Cüz 17 · s. 325

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ38

38. Onlar: “Əgər doğru de­yir­sinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.
21:39Cüz 17 · s. 325

لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ39

39. Kaş ki, kafirlər üzlərin­dən və kü­rəklərindən onları sa­racaq alovdan qa­ça bilməyə­cəkləri və onlara heç bir kö­məyin edil­mə­yə­cə­yi vaxtın gə­ləcəyini biləydilər!
21:40Cüz 17 · s. 325

بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ40

40. Yox, Qiyamət onlara göz­ləmədikləri bir halda gələ­cək və on­la­rı hey­rətə sa­lacaq­dır. On­lar onun qarşısını ala bil­mə­yə­cəklər və on­lara heç aman da ve­rilməyəcəkdir.
21:41Cüz 17 · s. 325

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ41

41. Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyul­muşdu. On­lara riş­xənd edən­ləri həmin o istehza etdikləri şey məhv etdi.
21:42Cüz 17 · s. 325

قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ42

42. De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər.
21:43Cüz 17 · s. 325

أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُمْ مِنْ دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنْفُسِهِمْ وَلَا هُمْ مِنَّا يُصْحَبُونَ43

43. Yoxsa onları Bizdən qo­ruya bilə­cək məbudlarımı var­? On­lar heç öz­lə­rinə kömək et­məyə qadir deyillər. Biz­­dən də mü­da­fiə oluna bilməzlər.
21:44Cüz 17 · s. 325

بَلْ مَتَّعْنَا هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ44

44. Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər?!
21:45Cüz 17 · s. 326

قُلْ إِنَّمَا أُنْذِرُكُمْ بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنْذَرُونَ45

45. De: “Mən sizi ancaq vəhy ilə qa­baq­cadan xəbərdar edi­rəm”. Kar­lar xəbər­dar edil­sə­lər də, çağırışı eşitməzlər.
21:46Cüz 17 · s. 326

وَلَئِنْ مَسَّتْهُمْ نَفْحَةٌ مِنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ46

46. Əgər onlara Rəbbinin əza­bından bir yel belə toxunsa, on­lar müt­ləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım ol­mu­şuq”– de­yər­lər.
21:47Cüz 17 · s. 326

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ47

47. Biz Qiyamət günü ədalət tərəzi­lə­ri ilə haqq-hesab çəkəcə­yik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edil­mə­yə­cək­dir. Gö­rül­müş iş bir xardal də­nəsi mis­lində olsa belə, onu gətirib tərəziyə qo­ya­­cağıq. Biz haqqı araşdırmağa bəs edərik.
21:48Cüz 17 · s. 326

وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ48

48. Biz Furqanı müttəqilər­dən ötrü bir nur və öyüd-nəsi­hət ki­mi Musaya və Haruna ver­mişdik.
21:49Cüz 17 · s. 326

الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَهُمْ مِنَ السَّاعَةِ مُشْفِقُونَ49

49. O müttəqilər ki, öz Rəb­bindən Onu görmədikləri hal­da qor­xur və gələ­cək o Saatdan lərzəyə gəlirlər.
21:50Cüz 17 · s. 326

وَهَٰذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ ۚ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ50

50. Bu, nazil etdiyimiz mü­barək bir Zikrdir. Siz onu in­karmı edir­si­niz?
21:51Cüz 17 · s. 326

۞ وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ51

51. Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş et­mişdik. Biz onu tanıyır­dıq.
21:52Cüz 17 · s. 326

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنْتُمْ لَهَا عَاكِفُونَ52

52. Bir zaman o öz atasına və tayfa­sına: “Bu nə heykəllər­dir ki, siz onlara sitayiş edir­siniz?”– demişdi.
21:53Cüz 17 · s. 326

قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ53

53. Onlar: “Biz atalarımızı on­lara iba­dət edən görmü­şük!”– de­di­lər.
21:54Cüz 17 · s. 326

قَالَ لَقَدْ كُنْتُمْ أَنْتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُبِينٍ54

54. İbrahim dedi: “Doğ­ru­su, siz də, atalarınız da, açıq-aydın bir azğın­lıq için­də­siniz”.
21:55Cüz 17 · s. 326

قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنْتَ مِنَ اللَّاعِبِينَ55

55. Onlar dedilər: “Sən bizə haqq gətir­mi­sən, yoxsa oyunbaz­lardan­san?”
21:56Cüz 17 · s. 326

قَالَ بَلْ رَبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُمْ مِنَ الشَّاهِدِينَ56

56. İbrahim dedi: “Xeyr, sizin Rəb­biniz, yaratdığı göy­lərin də, yerin də Rəb­bidir. Mən də buna şahidlik edən­lər­­dənəm.
21:57Cüz 17 · s. 326

وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ57

57. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra büt­lə­rinizə bir kələk gələcə­yəm!”
21:58Cüz 17 · s. 327

فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ58

58. Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yal­nız on­la­rın ən iri­sini saxladı ki, bəlkə, ona müraciət edə­lər.
21:59Cüz 17 · s. 327

قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ59

59. Onlar dedilər: “Mə­bud­la­rımızı kim bu kökə salıb? Şüb­həsiz ki, o, zalım­lar­dandır!”
21:60Cüz 17 · s. 327

قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ60

60. Bəziləri: “İbrahim deyi­lən bir gən­cin onları pislədi­yini eşit­mi­şik”– de­dilər.
21:61Cüz 17 · s. 327

قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ61

61. Digərləri də: “Onu ca­ma­atın gözü qabağına gətirin ki, şa­hid­lik etsinlər”– dedilər.
21:62Cüz 17 · s. 327

قَالُوا أَأَنْتَ فَعَلْتَ هَٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ62

62. Onlar dedilər: “Məbud­la­rımızı sən­mi bu kökə saldın, ey İb­ra­him?”
21:63Cüz 17 · s. 327

قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَٰذَا فَاسْأَلُوهُمْ إِنْ كَانُوا يَنْطِقُونَ63

63. İbrahim dedi: “Xeyr, bu­nu on­la­rın bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, öz­lərindən soruşun”.
21:64Cüz 17 · s. 327

فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ64

64. Onlar öz-özlərinə müra­ciətlə: “Hə­qiqətən də, siz za­lım­sı­nız”– de­dilər.
21:65Cüz 17 · s. 327

ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰؤُلَاءِ يَنْطِقُونَ65

65. Sonra yenə öz bildikləri batil əqi­dələrinə qayıdıb dedi­lər: “Axı sən bi­lir­sən ki, bunlar da­nış­mırlar”.
21:66Cüz 17 · s. 327

قَالَ أَفَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ66

66. İbrahim dedi: “Elə isə Alla­hı qo­yub sizə heç bir fayda və zə­rər verə bil­məyən bütlə­rəmi tapınırsınız?
21:67Cüz 17 · s. 327

أُفٍّ لَكُمْ وَلِمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ67

67. Tfu sizə də, Allahdan baş­qa ta­pındıqlarınıza da! Do­ğru­dan­mı, siz dərk etmirsiniz?”
21:68Cüz 17 · s. 327

قَالُوا حَرِّقُوهُ وَانْصُرُوا آلِهَتَكُمْ إِنْ كُنْتُمْ فَاعِلِينَ68

68. Onlar dedilər: “Əgər İbrahimdən əvəz çıxmaq istəyir­siniz­sə, onu yan­dırın ki, məbud­la­rı­nı­za kömək edəsiniz”.
21:69Cüz 17 · s. 327

قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ69

69. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik.
21:70Cüz 17 · s. 327

وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ70

70. Onlar İbrahimə qəsd et­mək fik­ri­nə düşdülər, lakin Biz on­la­rı daha şid­dətli cəzaya mə­ruz qoyduq.
21:71Cüz 17 · s. 327

وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ71

71. Biz onu da, Lutu da za­lımlardan xilas edib aləmlər üçün bə­rə­kət verdi­yi­miz yerə gətir­dik.
21:72Cüz 17 · s. 327

وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَالِحِينَ72

72. Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əmə­li­sa­leh insanlar etdik.
21:73Cüz 17 · s. 328

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاءَ الزَّكَاةِ ۖ وَكَانُوا لَنَا عَابِدِينَ73

73. Biz Öz hökmümüzlə on­ları doğru yolu göstərən rəh­bərlər et­dik. Onlara xeyirli iş­lər görməyi, namaz qılmağı və zəkat ver­mə­yi vəhy etdik. On­lar yalnız Bizə ibadət edirdilər.
21:74Cüz 17 · s. 328

وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَتْ تَعْمَلُ الْخَبَائِثَ ۗ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ74

74. Lutu da yada sal! Biz ona hökm­ranlıq və elm bəxş et­dik, onu çir­kin iş­lər görən bir məm­lə­kət­dən xilas etdik. Həqi­qə­tən, on­lar pis, fasiq bir qövm idi­lər.
21:75Cüz 17 · s. 328

وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا ۖ إِنَّهُ مِنَ الصَّالِحِينَ75

75. Biz onu Öz mərhəməti­mizə qo­vuşdurduq. O, həqiqə­tən, əmə­lisa­leh­lər­­dən idi.
21:76Cüz 17 · s. 328

وَنُوحًا إِذْ نَادَىٰ مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ76

76. Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun du­ası­nı qəbul et­miş, onu və onun ailəsini böyük qəm-qüs­sədən qur­tar­mış­dıq!
21:77Cüz 17 · s. 328

وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ77

77. Biz onu ayələrimizi ya­lan hesab edən bir qövmdən mü­dafiə et­dik. Doğ­rudan da on­lar pis bir qövm idi. Odur ki, Biz onların ha­mı­sı­nı suda ba­tırdıq.
21:78Cüz 17 · s. 328

وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ78

78. Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adam­ların qo­yunlarının girib zay elədiyi bir əkin sahəsi ba­rəsin­də hökm vermişdilər. Biz onların hökmünə şahid idik.
21:79Cüz 17 · s. 328

فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ79

79. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik.
21:80Cüz 17 · s. 328

وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَكُمْ لِتُحْصِنَكُمْ مِنْ بَأْسِكُمْ ۖ فَهَلْ أَنْتُمْ شَاكِرُونَ80

80. Biz Davuda sizi döyüşdə təhlü­kə­lər­dən mühafizə etmək üçün zi­reh­lər düzəltməyi öy­rət­dik. Heç siz şükür edirsi­niz­mi?
21:81Cüz 17 · s. 328

وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ81

81. Güclü əsən küləyi Sü­ley­mana ram etdik. Küləklər onun əmri ilə bərəkət ver­diyi­miz ye­rə tərəf əsərdi. Biz hər şe­yi bi­lirik.
21:82Cüz 17 · s. 329

وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ82

82. Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq.
21:83Cüz 17 · s. 329

۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ83

83. Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb de­mişdi: “Mənə, hə­qi­qətən də, bəla düçar olubdur. Sən rəhm­lilərin ən rəhm­lisisən!”
21:84Cüz 17 · s. 329

فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ84

84. Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.
21:85Cüz 17 · s. 329

وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِنَ الصَّابِرِينَ85

85. İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edən­lər­dən idilər.
21:86Cüz 17 · s. 329

وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُمْ مِنَ الصَّالِحِينَ86

86. Biz onları mərhəməti­mi­zə qovuş­durduq. Onlar, hə­qi­qətən, əməli­saleh­lər­dən idilər.

وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ87

87. Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!”
21:88Cüz 17 · s. 329

فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ ۚ وَكَذَٰلِكَ نُنْجِي الْمُؤْمِنِينَ88

88. Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!
21:89Cüz 17 · s. 329

وَزَكَرِيَّا إِذْ نَادَىٰ رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ89

89. Zəkəriyyanı da yada sal! Bir za­man o yalvarıb demişdi: “Ey Rəb­bim! Məni tənha bu­raxma. Sən varislərin ən xeyirxahısan!”
21:90Cüz 17 · s. 329

فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ ۚ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا لَنَا خَاشِعِينَ90

90. Biz onun duasını qəbul et­dik, ona Yəhyanı bəxş etdik və zöv­cəsini ona uşaq doğ­mağa qa­dir etdik. Həqiqətən, onlar yax­şı iş­lər görməyə tə­ləsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bi­zə müti qullar idilər.
21:91Cüz 17 · s. 330

وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِلْعَالَمِينَ91

91. İsmətini qoruyan Mər­yə­mi də ya­da sal! Biz ona Öz ru­hu­muz­dan Cəb­rail vasitə­silə üfür­dük, onu və onun oğ­lunu aləm­lərə bir mö­cüzə etdik.
21:92Cüz 17 · s. 330

إِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ92

92. Həqiqətən, bu, vahid bir din ola­raq sizin hamınızın dini­niz­dir. Mən də si­zin Rəbbini­zəm. Elə isə Mənə ibadət edin!
21:93Cüz 17 · s. 330

وَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ93

93. Lakin onlar özlərinə məx­sus dini öz aralarında par­çala­yıb dəs­tələrə ay­rıldılar. Onla­rın ha­mısı Bizim hüzu­ru­muza qa­yı­da­caq­lar.
21:94Cüz 17 · s. 330

فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ94

94. Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.
21:95Cüz 17 · s. 330

وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ95

95. Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onla­rın əha­lisi bir daha bu dün­yaya qayıtma­ya­caqlar.
21:96Cüz 17 · s. 330

حَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ96

96. Nəhayət, Yəcuc və Mə­cuc səddi açıl­dığı və onlar tə­pə­lərdən axı­şıb gəl­dikləri zaman;
21:97Cüz 17 · s. 330

وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَٰذَا بَلْ كُنَّا ظَالِمِينَ97

97. haqq olan vədimiz ya­xınlaşdıqda kafirlərin gözləri dərhal bə­rələcək­dir. Onlar de­yə­cəklər: “Vay halımıza! Biz bun­dan qafil idik. Üstə­lik za­lım da ol­muşuq!”
21:98Cüz 17 · s. 330

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنْتُمْ لَهَا وَارِدُونَ98

98. Ey kafirlər! Siz və Allah­dan başqa tapındıqlarınız Cə­hənnəm odunusu­nuz. Siz müt­ləq ora girəcəksiniz.
21:99Cüz 17 · s. 330

لَوْ كَانَ هَٰؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ99

99. Əgər bunlar məbud ol­say­dılar, ora girməzdilər. Hal­buki ha­mısı orada əbə­di qala­caq.
21:100Cüz 17 · s. 330

لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ100

100. Onlar orada inildəyəcək və heç nə eşitməyə­cəklər.
21:101Cüz 17 · s. 330

إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَىٰ أُولَٰئِكَ عَنْهَا مُبْعَدُونَ101

101. Əzəldən ən gözəl aqi­bət yazıl­mış insanlara gəldikdə isə, on­lar Od­dan uzaqlaşdırıl­mış olacaqlar.
21:102Cüz 17 · s. 331

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ102

102. Onlar onun xışıltısını belə eşit­məyəcəklər. Onlar ürək­lə­ri­nin istə­di­yi şeylər arasında əbədi qalacaqlar.
21:103Cüz 17 · s. 331

لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَٰذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ103

103. Ən böyük dəhşət on­la­rı kədər­ləndirməyəcək. Mələk­lər on­la­rı qarşı­layıb: “Bu sizə vəd olunmuş gü­nünüz­dür!”– deyəcəklər.
21:104Cüz 17 · s. 331

يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ104

104. O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik.
21:105Cüz 17 · s. 331

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ105

105. Biz Zikrdən (Lövhi-məh­fuz­da­kı yazıdan) sonra nazil et­di­yi­miz ki­tab­larda da yazmış­dıq ki, yer üzünə Mə­­nim əməli­sa­leh qul­la­rım varis ola­caqlar.
21:106Cüz 17 · s. 331

إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ106

106. Həqiqətən, bunda iba­dət edən­lər üçün bir bildiriş vardır.
21:107Cüz 17 · s. 331

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ107

107. Səni də aləmlərə ancaq bir rəh­mət olaraq göndərdik.
21:108Cüz 17 · s. 331

قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ108

108. De: “Mənə belə vəhy olu­nur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz mü­səlman ol­acaqsınızmı?”
21:109Cüz 17 · s. 331

فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ109

109. Əgər onlar üz döndər­sələr, de: “Mən bu dini sizə ol­duğu ki­mi təbliğ et­dim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq ol­du­ğu­nu bilmirəm.
21:110Cüz 17 · s. 331

إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ110

110. Söz yoxdur ki, Allah açıq de­yi­lən sözü də, sizin giz­lədib sax­la­dıqla­rı­nızı da bilir.
21:111Cüz 17 · s. 331

وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَكُمْ وَمَتَاعٌ إِلَىٰ حِينٍ111

111. Mən isə bilmirəm, bəl­kə də, bu sizi sınaqdan keçirt­mək və mü­əyyən müddət ər­zində bu dün­yada faydalan­ma­ğınız üçündür”.
21:112Cüz 17 · s. 331

قَالَ رَبِّ احْكُمْ بِالْحَقِّ ۗ وَرَبُّنَا الرَّحْمَٰنُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ112

112. Peyğəmbər dedi: “Ey Rəb­bim! Mənimlə kafirlər ara­sında əda­lət­lə hökm ver! Sizin aid et­diyiniz sifətlərə qarşı an­caq Mərhəmətli olan Rəbbi­miz­dən kömək diləmək lazımdır”.

Surənin əvvəlindən oxut

Abdullah Basfar - Al-Anbiya · Tlawati