Surə 21 · Cüz 17

Al-Anbiya · 21:44

بَلْ مَتَّعْنَا هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ

44. Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər?!

Təfsir

Bəli, Biz kafirlərə və onların ata-babalarına, ­onları qəfildən əzabla yaxalamaq üçün ömür­ləri boyunca bol-bol nemətlər və xoş gü­zə­ran bəxş etdik. Onlar bu bol-bol nemətlər içərisində o qədər firavan yaşadılar ki, hətta daima belə qalacaqlarına aldanıb, öz küfr əməllərində ölənə davam etdilər. Mə­gər on­lara bəxş edilən nemətlərimizə aldanıb, əzabımızın tez bir zamanda gəlməsini istəyən o kimsələr, müsəlmanlara zəfər verərək, onları məğlub edib yaşadıqları torpaqları əllərindən alaraq və əra­zini hər tərəfdən əs­kildib müsəlmanların ixtiyarına verdiyimizi gör­mürlərmi? Yoxsa onlar, başqalarının başına gələnlərin onların başına gəlməyəcəyinimi zənn edirlər?! Onlar qalib deyil, əksinə, məğlub olan kimsələrdir!

Oxuyucuda aç - Surəni tam oxu