Surə 21 · Cüz 17
Al-Anbiya · 21:43
أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُمْ مِنْ دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنْفُسِهِمْ وَلَا هُمْ مِنَّا يُصْحَبُونَ
43. Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı var? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər.
Təfsir
Onları Bizim əzabımızdan qurtara biləcək ilahlarımı var? Onların ilahları nə özlərinə fayda verən bir şeyi əldə etməyə, nə də ki, özlərinə zərər verən bir şeyi dəf etməyə qadirdilər. Axı özünə fayda verməyə qadir olmayan başqasına yardım etməyə necə qadir ola bilər?! Onlar heç özlərini Bizim əzabımızdan qurtata bilməzlər.