Surə 21 · Cüz 17

Al-Anbiya · 21:42

قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ

42. De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər.

Təfsir

Ey Peyğəmbər! Əzabın tez bir zamanda gəlməsinə tələsən kimsələrə de: "Rəhman sizə əzab göndərmək və ya sizi məhv etmək istəsə, deyin görək, sizi gecə və gündüz Allahın əzabından kim mü­dafiə etməyə qadir ola bilər?!" La­kin onlar öz Rəbbinin nəsi­hət­ini və dəlillərini xatırlamaqdan üz döndər­di­lər. Cəhalət və səfehliklərindən dolayı bu barədə əsla düşünmürlər.

Oxuyucuda aç - Surəni tam oxu