Surə 21 · Cüz 17

Al-Anbiya · 21:41

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

41. Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyul­muşdu. On­lara riş­xənd edən­ləri həmin o istehza etdikləri şey məhv etdi.

Təfsir

Ey Peyğəmbər! Sən göndərilən peyğəmbərlərin birincisi olmadığın halda, qövmün səni məsxərəyə qoyub, istehza etsə, bil ki, səndən əvvəlki peyğəmbərlər də öz qövmləri tərəfindən məsxərəyə qoyulub, onlara istehza edilmişdir. Peyğəmbərlərin dünyada ikən kiafirləri Allahın əzabı ilə qorxutduğu bir zaman peyğəmbərləri istehza edən kafirləri elə istehza etdikləri əzab məhv etdi.

Oxuyucuda aç - Surəni tam oxu