Surə 21 · Cüz 17

Al-Anbiya · 21:97

وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَٰذَا بَلْ كُنَّا ظَالِمِينَ

97. haqq olan vədimiz ya­xınlaşdıqda kafirlərin gözləri dərhal bə­rələcək­dir. Onlar de­yə­cəklər: “Vay halımıza! Biz bun­dan qafil idik. Üstə­lik za­lım da ol­muşuq!”

Təfsir

Onlar olduqları yerdən çıxması ilə Qiyamət saatı yaxınlaşar və bununla da qiyamətin dəhşəti hər bir tərəfi bürüyər. Bu zaman kafirlər qiyamət qorxusunun dəhşətindən gözləri bə­rəlmiş halda: "Vay halımıza! Biz başımızı dünya həyatına qarışdıraraq bu əzəmətli gün üçün heç bir tədarük görmədik. Üstə­lik Allaha qarşı küfür və asiliklər etməklə özümüzə zülüm etdik!" – deyərlər.

Oxuyucuda aç - Surəni tam oxu