Surə 21 · Cüz 17
Al-Anbiya · 21:26
وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُكْرَمُونَ
26. Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır.
Təfsir
Müşriklər: "Allah mələkləri Özünə övlad götürdü!" – dedilər. Uca Allah onların söylədikləri bu yalandan, pak və müqəddəsdir! Əksinə, mələklər Allahın hörmətli və Ona yaxın olan qullarıdır