Surə 21 · Cüz 17
Al-Anbiya · 21:102
لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ
102. Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.
Təfsir
Onlar Cəhənnəmin gurultusunun səsini belə eşitməyəcəklər. Onlar Cənnətdə nəfslərinin arzuladığı nemət və ləzzətlər içində əbədi qalacaqlar. Onlara bəxş edilən bu nemətlər əsla onlardan geri alınmayacaqdır.