Surə 21 · Cüz 17

Al-Anbiya · 21:81

وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ

81. Güclü əsən küləyi Sü­ley­mana ram etdik. Küləklər onun əmri ilə bərəkət ver­diyi­miz ye­rə tərəf əsərdi. Biz hər şe­yi bi­lirik.

Təfsir

Biz şiddətli əsən küləyi Sü­ley­manın əmrinə tabe etdik. Belə ki, Süleyman, küləyə əmr etdikdə, külək onun əmri ilə bərəkətli etdiyimiz, peyğəmbərlər göndərdiyimiz və bol-bol xeyirlər bəxş etdiyimiz Şam torpaqlarına tərəf əsərdi. Biz hər şe­yi bi­lirik. Bizə heç bir şey gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu