Surə 21 · Cüz 17

Al-Anbiya · 21:82

وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ

82. Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq.

Təfsir

Şeytanlardan dənizə dalıb onun üçün mirvari, inci və digər qiymətli şetylər çıxaranları onun əmrinə verdik. Bu şeytanlar ev tikmək və bun­dan başqa di­gər işlərdə onun üçün edirdilər. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) on­ların saylarını və etdikləri əməlləri nə­zarətimiz altında saxla­yırdıq. Bundan heç bir şey Bizim nəzarətimizdən kənar qalmadı.

Oxuyucuda aç - Surəni tam oxu