Surə 21 · Cüz 17
Al-Anbiya · 21:23
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
23. Allah gördüyü işlər barədə soruşulmaz; onlar isə soruşulacaqlar.
Təfsir
Uca Allah mülkündə və hökmündə təkdir. Verdiyi hökmlərə görə kimsə Onu sorğu-sual edə bilməz. Ancaq O, Öz qullarının etdikləri əməllərə görə onları sorgu-sual edəcək və əməllərinin qarşılığını verəcəkdir.