Surə 21 · Cüz 17
Al-Anbiya · 21:22
لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ
22. Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!
Təfsir
Əgər göylərdə və yerdə bir çox ilahlar olsaydı, bu zaman göylərin və yerin mülkünə sahib çıxmaq üçün onlar arasında bir çəkişmə baş verərdi və sonda onların hər ikisi məhv olub gedərdi. Həqiqət isə bunun tam əksidir. Ərşin Rəbbi olan Allah müşriklərin iftira ataraq Onun şərikləri olduğu iddialarından uzaqdır!