Surə 21 · Cüz 17
Al-Anbiya · 21:24
أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُمْ مُعْرِضُونَ
24. Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirirlər.
Təfsir
Məgər müşriklər özləri üçün Allahdan başqa ilahlar qəbul etdilər? Ey Peyğəmbər! O müşriklərə belə de: "Haydı onların ibadətə layiq olmasına dair sübutunuzu göstərin! Mənə nazil edilən bu Quranda və məndən öncəkilərə nazil edilən kitablarda sizin üçün heç bir dəlil və sübut yoxdur. Lakin müşriklərin əksəriyyəti yalnız cəhalətə və təqlidə istinad edər və haqqı qəbul etməkdən də üz çevirərlər!"