Surə 21 · Cüz 17

Al-Anbiya · 21:3

لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ

3. qəlbləri qəflət içində qal­dığı hal­da. Zalımlar öz arala­rında xəl­vətcə pıçıl­da­şıb de­yir­lər: “Məgər bu sizin kimi adi bir insan de­yil­mi? Gözünüz gö­rə-görə sehrəmi inanacaq­sı­nız?”

Təfsir

Onlar Quranı, qəlbləri ondan qafil olduuğu halda dinləyərlər. Uca Allahın nazil etdiyi ayələrə küfr edərək özlərinə zülm edən zalımlar öz arala­rında yavaşca, pıçıltı ilə belə de­yir­lər: "Məgər özünün Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia edən bu Muhəmməd sizdən heç bir üstünlüyü olmayan, əksinə, elə sizin kimi bəşər övladı olan adi bir insan de­yil­mi?! Onun gətirdiyi Quran sehrdən başqa bir şey deyildir. Siz onun, özünüz kimi adi bir bəşər övladı olduğunu və gətirdiyi Quranın da sehrdən başqa bir şey olmadığını dərk etdiyiniz bir halda indi onun ardıncamı gedəcəksiniz?!"

Oxuyucuda aç - Surəni tam oxu