Surə 21 · Cüz 17

Al-Anbiya · 21:10

لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ

10. Sizə, sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düş­mürsünüz?

Təfsir

Biz sizə Quranı nazil etdik. Bilin ki, əgər siz bu Quranı təsdiq edib və orada olan Allahın əmr və qadağalarına əməl etsəniz bu sizin Allah yanında qədir-qiymətinizi və dəyərinizi yüksəldər. Doğurdanmı siz bunu başa düş­mürsünüz?! Məgər siz bundan sonra da Qurana iman gətirməyə və onun içindəkilərə əməl etməyə tələsməyəcəksiniz?!

Oxuyucuda aç - Surəni tam oxu