Surə 21 · Cüz 17
Al-Anbiya · 21:18
بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ
18. Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!
Təfsir
Biz, elçilərimizə vəhy etdiyimiz haqqı, küfr əhlinin sahib olduğu batil üzərinə atarıq, beləliklə də, batil məhv olub gedər. Ey Allahın Özünə arvad-uşaq seçdiyini söyləyən kimsələr! Allaha layiq olmayan sifətləri Ona aid etdiyinizə görə siz mütləq həlak olacaqsınız!