Surə 21 · Cüz 17
Al-Anbiya · 21:36
وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَٰنِ هُمْ كَافِرُونَ
36. Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər.
Təfsir
Ey Peyğəmbər! Müşriklər səni gördükləri zaman özlərinə tabe olanların qəlbində sənə qarşı nifrət yaratmaq üçün sənə istehza edərək bir-birinə: "İbadət etdiyiniz ilahlarınızı təhqir edən budurmu?" – deyirlər. Onların sənə istehza etmələri azmış kimi, Allahın Qurandan onlara nazil etdiyi ayələri inkar edər və onlara bəxş etdilən nemətlərə qarşı isə nankorluq edərlər. Onlar bütün bu pisliklərə sahib olduqları üçün eyib olunmağa daha yaliq görülən kimsələrdir.