Surə 21 · Cüz 17

Al-Anbiya · 21:35

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ

35. Hər kəs ölümü dada­caq­. Biz sizi sınamaq üçün şər və xe­yir­lə imta­ha­na çəkirik. Siz ancaq Bizə qaytarılacaq­sı­nız!

Təfsir

Hər bir mömin və kafir nəfs bu dünyada ölümü dada­caq­dır. Ey İnsanlar! Biz sizi bu dünya həyatında öhdəliklər, nemətlər və çətinliklərlə sınağa çəkəcəyik. Siz öldükdən sonra başqasına deyil, yalnız Bizə qaytarılacaq­sı­nız və Bizdə dünyada ikən etdiyiniz əməllərinizin qarşılığını sizə verəcəyik!

Oxuyucuda aç - Surəni tam oxu