Surə 21 · Cüz 17

Al-Anbiya · 21:37

خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ

37. İnsan tələskən yara­dıl­mış­dır. Mən dəlillərimi sizə gös­tə­rə­cə­­yəm. Məni tə­ləsdirməyin.

Təfsir

İnsan xilqət etibarilə hövsələsiz və tələskən yara­dıl­mış­dır. O, müşriklərin, Allahın əzabının özlərinə tez bir zamanda gəlməsini istədikləri kimi, bir işin vaxtı çatmadan olmasına tələsər. Ey əzabıma tələsən kimsələr! Tələsdiyiniz şeyləri mütləq sizə göstərəcəm, elə isə tələsərək onun tez bir zaman da olmasını istəməyin!

Oxuyucuda aç - Surəni tam oxu