Surə 21 · Cüz 17

Al-Anbiya · 21:94

فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ

94. Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.

Təfsir

Kim Allaha, Onun rəsullarına və axirət gününə iman edərək yaxşı işlər görsə, onun etdiyi yaxşı əməllər əsla in­kar olun­mayacaqdır. Əksinə, Allah onun əməlini qəbul edər və ona mükafatını tam və kamil bir şəkildə verər. Qiyamət günü dirildikdə isə etdiyi əməllərin hamısının əməl kitabında yazılıdığını görər və bundan dolayı o çox sevinər.

Oxuyucuda aç - Surəni tam oxu