Surə 21 · Cüz 17

The prayer of Yunus · Al-Anbiya 21:87

وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

87. Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!”

Təfsir

Ey Peyğəmbər! Balıq sahibi Yunusu - aleyhissəlam - da yada sal! Bir za­man o, qövmünün günah işlər görməkdə davam etdiklərinə görə onlara qarşı qəzəblənərək Rəbbinin izni olmadan onlardan ay­rı­lıb getmiş və Biz onu bu əməlinə görə cəzasız buraxıb, sıxıntıya salmayacağımızı zənn et­mişdi. Nəhayət, balıq onu udub qarnında həbs etdikdə, Biz onu şiddətli bir sıxıntı ilə imtahan etdik. Sonra da o balığın qarnının, gecənin və dənizin zülmətində günahını etiraf edib, Allaha tövbə edərək: "Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən uca, pak və müqəd­dəssən! Mən isə hə­qiqətən də, özümə zülm edənlərdən oldum!" – deyərək yalvarıb dua et­mişdi.

Oxuyucuda aç - Surəni tam oxu