Surə 21 · Cüz 17
Al-Anbiya · 21:39
لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ
39. Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!
Təfsir
Kaş ki, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər üzlərindən və kürəklərindən onları əhatə edən alovdan qaçıb canlarını qurtara bilməyəcəklərin və onları Allahın əzabından heç bir kimsənin kömək edə bilməyəcəyini biləydilər! Əgər onlar bunu bilsəydilər, Allahın əzabının tezliklə gəlməsini əsla istəməzdilər.