Surə 21 · Cüz 17

Al-Anbiya · 21:79

فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ

79. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik.

Təfsir

Biz o məsələdə necə hökm vermək lazım olduğunu Davuda deyil, onun oğlu Süleymana başa saldıq. Biz, Davud və Süleymana - hər ikisinə peyğəmbərlik və şəriəti dərindən bilməyi bəxş et­dik. Biz bunu sadəcə Süleymana xas etmədik. Biz dağ­ları və quşla­rı Davudun ixtiyarına buraxdıq. Davud Allahın şəninə həmd-sənalar etdikdə onlarda Davudla bir­lik­də Allahın şəninə həmd-sənalar edərdilər. Biz bütün bunların hamısını anlatmaq, hökm və elm bəxş etmək və bəzi şeyləri onların ixtiyarına buraxmaq üçün belə etdik.

Oxuyucuda aç - Surəni tam oxu