Surə 21 · Cüz 17

Al-Anbiya · 21:78

وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ

78. Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adam­ların qo­yunlarının girib zay elədiyi bir əkin sahəsi ba­rəsin­də hökm vermişdilər. Biz onların hökmünə şahid idik.

Təfsir

Ey Peyğəmbər! Davud və onun oğlu Süleymanın hekayəsini də yada sal! Bir zaman onlar bir adamın qo­yunlarının gecə vatxı girib zay elədiyi bir əkin sahəsi barəsində iki kişi arasında hökm vermişdilər. Biz Davud və Süleymanın verdiyi hökmə şahid idik. Onların verdikləri hökmdən Bizə heç bir şey gizli qalmadı.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Anbiya 21:78 · Tlawati