Surə 21 · Cüz 17

Al-Anbiya · 21:56

قَالَ بَلْ رَبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُمْ مِنَ الشَّاهِدِينَ

56. İbrahim dedi: “Xeyr, sizin Rəb­biniz, yaratdığı göy­lərin də, yerin də Rəb­bidir. Mən də buna şahidlik edən­lər­­dənəm.

Təfsir

İbrahim onlara belə cavab verdi: "Xeyr, mən sizinlə zarafat etmirəm, əksinə, sözümü ciddi olaraq deyirəm. Sizin Rəb­biniz göy­ləri və yeri misilsiz olaraq yoxdan var edən tək olan Allahdır. Mən də? yalnız Uca Allahın göylərin və yerin Rəbbi olduğuna şahidlik edən­lər­­dənəm. Bu xüsusda ibadət etdiyiniz bütlərin heç bir payı yoxdur.

Oxuyucuda aç - Surəni tam oxu