Surə 21 · Cüz 17
Al-Anbiya · 21:7
وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ
7. Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.
Təfsir
Ey Peyğəmbər! Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq bəşər övladından olan kişi peyğəmbərlər göndərmişdik. Biz onlara əsla mələklərdən peyğəmbərlər göndərmədik. Əgər bunu bilmirsinizsə, bu barədə sizdən əvvəl olan Kitab əhlindən soruşun!