Surə 21 · Cüz 17
Al-Anbiya · 21:33
وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
33. Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Onların hər biri öz orbitində üzür.
Təfsir
Gecəni yatıb rahatlanmaq və gündüzü də çalışıb ruzi qazanmaq üçün yaradan tək olan Allahdır. Günəşi gündüzün əlaməti, Ayı da gecənin əlaməti olaraq, O yaratdı. Günəş və Ayın hər biri öz məcrası üzrə axıb gedər və onların hər biri nə öz məcrasından kənara çıxar, nədi ki, hər hansı başqa bir tərəfə meyil edər.