Surə 21 · Cüz 17

Al-Anbiya · 21:5

بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ

5. Onlar dedilər: “Bunlar qar­ma­qarı­şıq yuxulardır! Xeyr, o bu­nu özün­dən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələr kimi bizə də bir möcüzə gətirsin”.

Təfsir

Məkkə müşrikləri Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi din barədə müxtəlif fikirlərə düşərək bəzən: "Bunlar yozumu olmayan qar­ma­qarı­şıq yuxulardır!", bəzən: "Xeyr, bu əsli olmayan, özün­dən uydurduğu bir yalandır!", bəzən də: "Xeyr, o, bir şairdir!. Əgər o peyğəmbər olduğu iddiasında doğrudursa, elə isə qoy o, Musanın əsası və Salehin dəvəsi kimi əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələrdən bizə də bir möcüzə gətirsin!"- dedilər.

Oxuyucuda aç - Surəni tam oxu