Surə 21 · Cüz 17

Al-Anbiya · 21:69

قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ

69. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik.

Təfsir

Həhayət, onlar böyük bir od qalayıb İbrahimi onun içinə atdılar. Biz bu zaman: "Ey od! İbrahim üçün soyuq və salamat ol!" – dedik. Od da elə ona əmr etdiyimiz kimi oldu və beləliklə, İbrahimə heç bir zərər yetirmədi.

Oxuyucuda aç - Surəni tam oxu