Surə 21 · Cüz 17

Al-Anbiya · 21:84

فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ

84. Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.

Təfsir

Biz Əyyubun duasını qəbul etdik və onu xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən qurtardıq. Biz ona ailəsindən, övladlarından itirdiklərini özünə qaytarıb və eyni zaman da onlarla bərabər bir mislinidə əlavə olaraq ona verdik. Biz bütün bunları Öz tərə­fi­mizdən bir mərhə­mət və Allaha iba­dət etməklə Onun əmrinə tabe olanlara bir öyüd-nəsihət olsun deyə etdik ki, qoy onlarda Əyyubun səbir etdiyi kimi səbir etsinlər.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Anbiya 21:84 · Tlawati