Surə 21 · Cüz 17
Al-Anbiya · 21:47
وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ
47. Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.
Təfsir
Biz Qiyamət günü insanların əməllərini haqq-hesaba çəkmək üçün ədalət tərəziləri quracağıq. O gün heç bir kimsəyə yaxşı əməlləri naqis edilərək və ya pis əməlləridə artırılaraq zülüm edilməyəcəkdir. Əgər etdikləri əməllər xardal dənəsi qədər kiçik bir şey olsa belə, Biz onu gətirib tərəziyə qoyacağıq. Qullarımzın əməllərini haqq-hesab etməyə Biz bəs edərik.