Surə 21 · Cüz 17

Al-Anbiya · 21:46

وَلَئِنْ مَسَّتْهُمْ نَفْحَةٌ مِنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ

46. Əgər onlara Rəbbinin əza­bından bir yel belə toxunsa, on­lar müt­ləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım ol­mu­şuq”– de­yər­lər.

Təfsir

Ey Peyğəmbər! Rəbbinin əza­bından payı olub, bu əzabın özlərinə tez bir zamanda gəlməsinə tələsən o kimsələrə əzab toxunduqda, on­lar müt­ləq: "Vay bizim halımıza! Biz, həqiqətən də, Allaha şərik qoşmaqla, Muhammədin (sallallahu aleyhi və səlləm) bizə gətirdiyi haqqı yalan saymaqla özümüzə zülm etmişik" – de­yər­lər.

Oxuyucuda aç - Surəni tam oxu