Surə 21 · Cüz 17

Al-Anbiya · 21:91

وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِلْعَالَمِينَ

91. İsmətini qoruyan Mər­yə­mi də ya­da sal! Biz ona Öz ru­hu­muz­dan Cəb­rail vasitə­silə üfür­dük, onu və onun oğ­lunu aləm­lərə bir mö­cüzə etdik.

Təfsir

Ey Peyğəmbər! Namusunu zinadan qoruyan Mər­yə­mi - aleyhəssəlam - də ya­da sal! Bir zaman Allah ona Cəbraili - aleyhissəlam - göndərdi. Cəb­rail də Məryəmə ruh üfürdi və Məyrəmdə bunun ardından İsaya - aleyhissəlam- hamilə qaldı. Məryəm və onun oğ­lu İsa, həmçinin, İsanın atasız xəlq edilməsi insanlara Allahın qüdrətini və heç bir şeyin Onu aciz edə bilməyəcəyini göstərən açıq-aydın bir dəlil idi.

Oxuyucuda aç - Surəni tam oxu