Surə 21 · Cüz 17

Al-Anbiya · 21:104

يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ

104. O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik.

Təfsir

Biz o gün göyü kağızın büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə lüt-üryan, anadangəlmə vəziyyətdə yarat­dığımız kimi yenidən elə bir halda yaradacağıq. Biz bunu vəd verdik və vədimizə əsla xilaf çıxmarıq. Sözsüz ki, Biz vədimizi ye­ri­nə yeti­rə­cə­yik.

Oxuyucuda aç - Surəni tam oxu