Surə 21 · Cüz 17
Al-Anbiya · 21:66
قَالَ أَفَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ
66. İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?
Təfsir
İbrahim onların söylədiklərini inkar edərək belə dedi: "Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən, özlərini zərərdən qorumağa və həmçinin özlərinə hər hansı bir faydanı cəlb etməyə aciz olan bütlərəmi tapınırsınız?!"