Fussilat

سورة فصلت

Surə 41 · Məkki · 54 ayə

41:1Cüz 24 · s. 477

حم1

1. Ha. Mim.
41:2Cüz 24 · s. 477

تَنْزِيلٌ مِنَ الرَّحْمَٰنِ الرَّحِيمِ2

2. Bu, Mərhəmətli və Rəhm­li Allah tə­rə­findən nazil edil­miş,
41:3Cüz 24 · s. 477

كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ3

3. ayələri Quran olaraq ərəb­cə müfəs­səl izah edilmiş, an­la­ya bi­lən camaat üçün nəzərdə tu­tulmuş bir Kitabdır.
41:4Cüz 24 · s. 477

بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ4

4. O, həm müjdə verən, həm də xə­bər­dar edəndir. Lakin on­la­rın çoxu üz çe­virib söz eşit­məzlər.
41:5Cüz 24 · s. 477

وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ5

5. Onlar deyirlər: “Sənin bi­zi dəvət et­di­yinə qarşı qəlbi­miz qa­pa­lı­dır, qulaq­la­rımızda tıxac var, bizimlə sənin ara­na pər­də çə­kil­miş­dir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”
41:6Cüz 24 · s. 477

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِلْمُشْرِكِينَ6

6. De: “Mən də sizin kimi bir insa­nam. Mənə vəhy olunur ki, si­zin mə­bu­dunuz Tək olan İlah­dır. Ona tərəf doğ­ru yol tutun və On­dan bağış­lan­mağı­nızı di­ləyin. Vay müşriklərin halına!
41:7Cüz 24 · s. 477

الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ7

7. O kəslərin ki, zəkat ver­mir və axi­rəti inkar edirlər.
41:8Cüz 24 · s. 477

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ8

8. İman gətirib yaxşı əməl işlə­yən­lə­ri tükənməz nemətlər göz­lə­yir”.
41:9Cüz 24 · s. 477

۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ9

9. De: “Doğrudanmı siz ye­ri iki gün­də yaradana küfr edir və büt­ləri Ona tay tu­tur­su­nuz? Axı O, aləmlərin Rəb­bi­dir.
41:10Cüz 24 · s. 477

وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ10

10. O, yerin üstündə möh­kəm duran dağlar yerləşdirdi, onu bə­rəkətli etdi və ruzi is­tə­yənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yer­bə­yer etdi.
41:11Cüz 24 · s. 477

ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ11

11. Sonra O, tüstü halında olan göyə tə­rəf yönəlib ona və yerə: “Kö­nüllü su­rət­də və ya məcburi olaraq gəlin əm­ri­mə bo­yun əyin!”– dedi. Onlar: “Kö­nül­lü ola­raq gəldik!”– dedilər.
41:12Cüz 24 · s. 478

فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ12

12. O, iki gündə onları yed­di göy kimi yaratdı və hər gö­yə onun özünə məx­sus vəzifə tap­şırdı. Biz dünya sə­masını qən­dillərlə bə­zə­dik və onu mühafi­zə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzə­li hökmü­dür.
41:13Cüz 24 · s. 478

فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ13

13. Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmudu sa­ran il­dı­rıma bən­zər bir ildı­rı­mın sarsıda biləcə­yin­dən xə­bərdar edirəm”.
41:14Cüz 24 · s. 478

إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ14

14. Onlara önlərindən və ar­xala­rın­dan: “Yalnız Allaha iba­dət edin!”– deyə əmr edən elçi­lər gəlmişdi. Onlar isə: “Əgər Rəb­bimiz is­təsəydi, mələklər en­di­rərdi. Biz sizinlə göndəri­lən­lə­rə inan­mı­rıq!”– demişdi­lər.
41:15Cüz 24 · s. 478

فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ15

15. Ad xalqına gəlincə, on­lar yer üzün­də haqsızcasına tə­kəb­bür gös­tərib: “Bizdən daha qüv­vətli kim ola bilər?”– dedi­lər. Məgər on­ları yaradan Alla­hın onlardan daha qüvvətli ol­du­ğunu gör­mür­dü­lər­mi? Onlar ayələrimizi, sadə­cə, inkar edir­dilər.
41:16Cüz 24 · s. 478

فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ16

16. Biz onlara dünya həya­tında rüs­vay­çılıq əzabını dad­dırmaq üçün uğur­suz gün­lər­də üstlərinə çox soyuq bir kü­lək göndərdik. Axi­rət əzabı isə daha rüs­vay­edicidir. Onlara kö­mək də edilməz.
41:17Cüz 24 · s. 478

وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ17

17. Səmud xalqına gəldikdə isə, Biz on­lara doğru yol gös­tərdik, onlar isə korluğu doğ­ru yoldan üstün tutdular və onları qa­zan­dıq­la­rı günahlar üzün­dən alçaldıcı əzab ildırı­mı yaxa­ladı.
41:18Cüz 24 · s. 478

وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ18

18. İman gətirib Allahdan qor­xanları isə xilas etdik.
41:19Cüz 24 · s. 478

وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ19

19. Allaha düşmən kəsilənlər Cəhən­nə­mə sürüklənib topla­na­caq­la­rı günə qə­dər bir yerdə saxlanacaqlar.
41:20Cüz 24 · s. 478

حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ20

20. Nəhayət, onlar oraya gəl­dikləri za­man qulaqları, göz­lə­ri və də­riləri et­dik­ləri əməllər ba­rəsində onların əley­hinə şa­hid­lik edə­cək­dir.
41:21Cüz 24 · s. 479

وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ21

21. Onlar öz dərilərinə: “Nə üçün əley­himizə şahidlik edir­si­niz?”– deyə­cək­lər. Dəriləri de­yəcək: “Hər şeyi da­nışdıran Allah bi­zi da­nışdırdı. Sizi ilk dəfə O ya­ratmışdır və siz axır­da Ona qay­ta­rı­la­caq­sınız”.
41:22Cüz 24 · s. 479

وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِنْ ظَنَنْتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ22

22. Siz qulaqlarınızın, göz­lə­rinizin və dərilərinizin əley­hi­nizə şa­hid olma­sın­dan çəki­nib gizlənmirdiniz. Əksinə, elə zənn edirdi­niz ki, Allah sizin etdi­yi­niz əməllərin çoxunu bil­mir.
41:23Cüz 24 · s. 479

وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنْتُمْ بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُمْ مِنَ الْخَاسِرِينَ23

23. Sizin öz Rəbbiniz barə­sində bu zən­niniz sizi məhv et­di və siz ziyan çə­kən­lərdən ol­dunuz.
41:24Cüz 24 · s. 479

فَإِنْ يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَهُمْ ۖ وَإِنْ يَسْتَعْتِبُوا فَمَا هُمْ مِنَ الْمُعْتَبِينَ24

24. Əzaba dözsələr də, on­la­rın yeri od­dur. Onlar mərhə­mət di­lə­sə­lər də, on­lara mərhə­mət göstərilməz.
41:25Cüz 24 · s. 479

۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ25

25. Biz onlara fasiq dostlar qoşduq və bu dostlar onlara ön­də­ki­lə­ri­ni və ar­xa­dakılarını gö­zəl göstərdilər (dünyanı sev­di­rib, axirəti unut­durdular). On­lar­dan əvvəl gəlib-getmiş cin­lər­dən və insan­lar­dan olan üm­mət­lər barəsindəki Söz on­lar ba­rə­sində də gerçək ol­du. Hə­qi­qə­tən də, onlar ziyana uğra­dılar.
41:26Cüz 24 · s. 479

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ26

26. Kafirlər: “Bu Qurana qu­laq as­ma­yın, o oxunarkən hay-küy sa­lın. Bəlkə, qa­lib gələsi­niz”– dedilər.
41:27Cüz 24 · s. 479

فَلَنُذِيقَنَّ الَّذِينَ كَفَرُوا عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ الَّذِي كَانُوا يَعْمَلُونَ27

27. Biz kafirlərə mütləq şid­dətli bir əzab daddıracaq və onları et­dikləri əməl­lə­rin ən pi­si ilə cəzalandıracağıq.
41:28Cüz 24 · s. 479

ذَٰلِكَ جَزَاءُ أَعْدَاءِ اللَّهِ النَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ ۖ جَزَاءً بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ28

28. Budur Allahın düşmən­lə­rinin cə­zası – Od! Ayələri­mi­zi in­kar etmələri üzün­dən ora­da onları, cəza yeri kimi, əbədi yurd göz­lə­yir.
41:29Cüz 24 · s. 479

وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنْسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ29

29. Kafirlər deyəcəklər: “Ey Rəb­bi­miz! Cinlərdən və insan­lar­dan bizi tov­layıb yoldan çı­xardanları bizə göstər ki, biz onları tap­da­ğımız altına salıb yerlə yeksan edək”.
41:30Cüz 24 · s. 480

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ30

30. Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin!
41:31Cüz 24 · s. 480

نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ31

31. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Ora­da si­zin üçün nəf­sinizin çə­kə biləcəyi hər şey hazır­lan­mış­dır. Ora­da istədiyiniz hər şey var­dır.
41:32Cüz 24 · s. 480

نُزُلًا مِنْ غَفُورٍ رَحِيمٍ32

32. Bağışlayan və Rəhmli Allah tərə­fin­dən verilən ziyafət kimi”.
41:33Cüz 24 · s. 480

وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ33

33. İnsanları Allaha tərəf ça­ğıran, yaxşı iş görən və: “Hə­qiqətən, mən mü­səl­manlarda­nam!”– deyən kəsdən daha gö­zəl söz deyən kim ola bilər?
41:34Cüz 24 · s. 480

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ34

34. Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar.
41:35Cüz 24 · s. 480

وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ35

35. Bu isə ancaq səbir edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sa­hib­lərinə nə­­sib olur.
41:36Cüz 24 · s. 480

وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ36

36. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çün­ki O, Eşidəndir, Biləndir.
41:37Cüz 24 · s. 480

وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ37

37. Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsi­niz­sə, onda günəşə və aya səcdə etməyin, on­la­rı yaradan Alla­ha səcdə edin.
41:38Cüz 24 · s. 480

فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِنْدَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ ۩38

38. Əgər onlar təkəbbür gös­tərsələr bil­sinlər ki, sənin Rəb­binin ya­nında olan­lar gecə-gün­düz usanmadan Onun şəninə təriflər de­yir­lər.
41:39Cüz 24 · s. 481

وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ39

39. Yer üzünü qupquru gör­məyin də Onun dəlillərindən­dir. Biz yerin üzə­ri­nə su endir­dikdə o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, onu dirildən Allah, ölü­ləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qa­dirdir.
41:40Cüz 24 · s. 481

إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَنْ يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ40

40. Sözsüz ki, ayələrimiz­dən üz dön­də­rənlər Bizdən gizli qal­maz­lar. Onda de­yin görək oda atılan kimsə yaxşıdır, yox­sa Qi­yamət gü­nünə əmin-aman­lıq için­də gələn kimsə? İstədiyi­ni­zi edin! Hə­qi­qə­tən, Allah nə etdik­lərinizi gö­rür.
41:41Cüz 24 · s. 481

إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ ۖ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ41

41. Şübhə yox ki, Zikr on­la­ra gəldiyi zaman onu yalan sa­yanlar cə­zalan­dırı­lacaqlar. Hə­qi­qətən, bu, əzəmətli bir Ki­tab­dır.
41:42Cüz 24 · s. 481

لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ42

42. Nə önündən, nə də ar­xa­sından batil ona girişə bilməz. O, Müd­rik, Tə­ri­fəla­yiq Allah tərəfindən nazil edil­miş­dir.
41:43Cüz 24 · s. 481

مَا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ43

43. Sənə ancaq səndən əv­vəlki el­çi­lə­rə deyilənlər deyi­lir. Hə­qi­qə­tən, sənin Rəb­bin ba­ğış­layandır, ağrılı-acılı cəza ve­rən­dir.
41:44Cüz 24 · s. 481

وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ ۖ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ ۖ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُولَٰئِكَ يُنَادَوْنَ مِنْ مَكَانٍ بَعِيدٍ44

44. Əgər Biz onu yad bir dil­də Qu­ran etsəydik, onlar de­yər­di­lər: “Nə üçün onun ayə­ləri müfəssəl izah edilməmiş­dir? Yad dil və ərəb peyğəm­bər?!” De: “O, iman gətirənlərə doğ­ru yol göstəri­cisi və şəfadır”. İman gə­tir­məyən­lə­rin isə qu­laq­larında tıxac var. On­lar ona qarşı kordurlar. On­lar sanki uzaq bir yerdən çağı­rılırlar.
41:45Cüz 24 · s. 481

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ45

45. Biz Musaya da Kitab ver­dik, la­kin onun barəsində ix­ti­laf düş­dü. Əgər sə­nin Rəb­bi­nin öncə buyurduğu Söz ol­ma­­saydı, on­la­rın arasın­da hökm verilmiş olardı. Həqiqətən, ka­firlər onun barə­sin­də anlaşıl­maz bir şübhə içindədirlər.
41:46Cüz 24 · s. 481

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ46

46. Kim yaxşı iş görsə, xe­yri özünə, kim də pislik etsə, zərə­ri öz əleyhi­nə olar. Sə­nin Rəb­bin qullara zülm edən deyil.
41:47Cüz 25 · s. 482

۞ إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِنْ ثَمَرَاتٍ مِنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِنْ شَهِيدٍ47

47. O Saat (Qiyamət) haqqında bilgi yal­nız Ona məxsusdur. Onun xə­bəri ol­madan heç bir meyvə toxu­mundan cücərib çıx­maz, heç bir dişi ha­milə qalmaz və bət­nində daşı­dığı yükü yerə qoy­maz. O gün Allah on­ları ça­ğırıb: “Şəriklərim ha­ra­da­dır?”– deyə­cək. Onlar da: “Biz Sə­nə bildirdik ki, aramızda heç bir şa­hid yox­dur!”– deyə­cək­lər.
41:48Cüz 25 · s. 482

وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَدْعُونَ مِنْ قَبْلُ ۖ وَظَنُّوا مَا لَهُمْ مِنْ مَحِيصٍ48

48. Əvvəllər tapındıqları büt­­lər onları qoyub gedəcək və on­lar öz­lə­ri üçün bir qurtuluş ye­ri olmadığını yəqin edə­cək­lər.
41:49Cüz 25 · s. 482

لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ49

49. İnsan özünə xeyir dilə­mək­dən usanmaz. Lakin ona bir pis­lik dəysə, mə­yus olub ümidini itirər.
41:50Cüz 25 · s. 482

وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُجِعْتُ إِلَىٰ رَبِّي إِنَّ لِي عِنْدَهُ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ50

50. Başına gələn bəladan son­ra Özü­müzdən ona bir mər­hə­mət dad­dırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın (Qiyamətin) gə­lə­cəyini güman et­mirəm. Rəbbimə qaytarılsam be­lə, Onun ya­nın­da mənim üçün ən gözəl nemət hazırla­nar!” Biz kafirlərə nə et­dik­lə­rini müt­ləq xəbər verəcək və onlara hök­mən ağır bir əzab dad­dıracağıq.
41:51Cüz 25 · s. 482

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ51

51. İnsana nemət verdi­yi­miz zaman üz çevirib haqdan uzaq du­rar. Ona bir pislik toxun­duq­da isə uzun-uzadı yalva­rıb-ya­xarar.
41:52Cüz 25 · s. 482

قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ ثُمَّ كَفَرْتُمْ بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ52

52. De: “Bir deyin görək, əgər Quran Allah tərəfin­dən­dirsə, son­ra da siz onu inkar edir­si­nizsə, bunu necə başa düşmək olar?! Elə isə, haqdan uzaq bir ay­rılıq için­də olan kəsdən daha çox azmış kim ola bilər?
41:53Cüz 25 · s. 482

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ53

53. Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz də­lillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yilmi?
41:54Cüz 25 · s. 482

أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِنْ لِقَاءِ رَبِّهِمْ ۗ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطٌ54

54. Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edir­lər. Həqi­qətən, O, hər şeyi əhatə edir.

Surənin əvvəlindən oxut