Surə 41 · Cüz 24
Fussilat · 41:31
نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ
31. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.
Təfsir
Biz dünya həyatında sizin dostlarınız idik, sizi doğru yola yönəldir və sizi qoruyurduq, həmçinin, axirətdə də, biz sizin dostlarınızıq, sizə olan dostluğumuz daimidir. Cənnətdə sizin üçün nəfsinizin istədiyi ləzzət və zövq verəcək nemətlər, üstəlik, orada sizin üçün tələb edəcəyiniz hər şey vardır.