Surə 41 · Cüz 24

Fussilat · 41:30

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ

30. Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin!

Təfsir

Həqiqətən də: “Rəb­bi­miz Allah­dır, bizim Ondan başqa Rəbbimiz yoxdur!” – deyib sonra Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə düz yol tu­tan kəslərə, onlar ölüm ayağında ikən mə­lək­lər nazil olub onlara deyirlər: “Ölümdən və ölümdən sonra baş verəcəklərdən qorx­ma­yın və dünyada qoyub gəldiklərinizə görə kədərlənməyin! Dünyada ikən Allaha olan imanınıza və saleh əməllərinizə görə sizə vəd edilən Cən­nətlə sevinin!

Oxuyucuda aç - Surəni tam oxu