Surə 41 · Cüz 24
Fussilat · 41:29
وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنْسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ
29. Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək”.
Təfsir
Allaha küfr edən və Onun elçilərini yalançı sayan kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları - küfrün əsasını qoymuş və ona dəvət etmiş İblisi, habelə, yer üzündə ilk dəfə qan tökmüş Adəm oğlunu bizə göstər, biz onları Cəhənnəm odunda ayaqlarımızın altına salaq ki, onlar Cəhənnəm əhlinin ən şiddətli əzaba düçar olan alçalmış kimsələrdən olsunlar”.