Surə 41 · Cüz 24
Fussilat · 41:28
ذَٰلِكَ جَزَاءُ أَعْدَاءِ اللَّهِ النَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ ۖ جَزَاءً بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
28. Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir.
Təfsir
Bu deyilən cəza, Allahın düşmənlərinin - Allaha küfr etmiş və və Onun elçilərini yalançı saymış kimsələrin cəzası – Oddur! Onlar Allahın ayələrini inkar etdiklərinə və bu ayələrin aydın və çox tutarlı olmasına rəğmən onlara iman gətirmədiklərinə görə, cəza olaraq, əbədiyyən odda qalacaq və heç vaxt oradan çıxmayacaqlar.