Surə 41 · Cüz 25

Fussilat · 41:49

لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ

49. İnsan özünə xeyir dilə­mək­dən usanmaz. Lakin ona bir pis­lik dəysə, mə­yus olub ümidini itirər.

Təfsir

İnsan özünə sağlıq, mal-dövlət, övlad və başqa nemətlər diləməkdən usanmır. Elə ki, ona kasıblıq, yaxud xəstəlik və buna bənzər müsibət üz verir, çox mə­yus olub Allahın rəhmətindən ümidini üzür.

Oxuyucuda aç - Surəni tam oxu