Surə 41 · Cüz 25

Fussilat · 41:51

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ

51. İnsana nemət verdi­yi­miz zaman üz çevirib haqdan uzaq du­rar. Ona bir pislik toxun­duq­da isə uzun-uzadı yalva­rıb-ya­xarar.

Təfsir

Biz insana sağlamlıq, salamatlıq və başqa bu kimi nemətlər verdiyimiz zaman Allahı zikr etməkdən və Ona itaət etməkdən qafil olar və təkəbbürlə arxa çevirər. Ona xəstəlik, kasıblıq və buna bənzər bəla üz verdikdə isə uzun-uzadı Allaha dua edib başına gəlmiş bəlanı ondan sovuşdurması üçün Ona şikayətlənərək yalva­rıb-ya­xarar. Beləcə, o, nə Rəbbi ona nemət verdikdə ona şükr edər, nə də onu sınağa çəkib bəlaya düçar etdikdə səbir edər.

Oxuyucuda aç - Surəni tam oxu

Fussilat 41:51 · Tlawati